RU

ABŞ nəhəngindən qalmaqallı addım: bu ərazilər xəritədən silindi FOTO

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ-ın texnologiya nəhəngi “Apple”ın son addımı rezonans doğurub.

Globalinfo.az xəbər verir ki, iddialara görə, Livandakı bəzi kəndlərin adları “Apple Maps”dən silinib.

Xüsusilə Livanın cənubundakı kəndlərin, qəsəbələrin və məhəllələrin adları xəritədə görünmür. Bildirilir ki, ərazilər xəritədə əsasən boş və ya adsız yerlər kimi görünür, amma sərhədin digər tərəfindəki İsrail yaşayış məntəqələri ən kiçik detalları ilə göstərilir.

Əksəriyyət bunun texniki nasazlıq olduğuna inanmır.

Bütün mübahisələrə baxmayaraq, “Apple” hələ də rəsmi açıqlama verməyib.

Qeyd edək ki, İsrail Livanda bəzi əraziləri işğal edib. Xəritədə kənd adlarının silinməsi həm də bu məsələ ilə əlaqələndirilir.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
globalinfo.az

1Источники