RU

Polşa şərq sərhədində əlavə bir zəncirvari hasar inşa edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, RMF24 radiostansiyasının məlumatına görə, Polşa hakimiyyəti şərq sərhədini qorumaq üçün tikanlı məftillərlə örtülmüş əlavə 4 metr hündürlüyündə metal torlu hasarın tikintisinə başlayıb . Podlaskie Sərhəd Mühafizəsinin rəisi general Slavomir Klekotka radiostansiyaya açıqlamasında bildirib ki, "Yeni istehkam qanunsuz miqrantların sərhədi keçmək cəhdlərini yavaşlatacaq və bizə dərhal reaksiya vermək üçün vaxt verəcək". Onun sözlərinə görə, Polşa Ordusunun mühəndislik qoşunları artıq tikanlı məftillərlə örtülmüş metal tordan hazırlanmış əlavə 4 metr hündürlüyündə hasarın tikintisinə başlayıblar. Yeni sədd Polşa ərazisində, 2022-ci ildə tikilmiş 5 metr hündürlüyündə müdafiə divarından bir neçə metr aralıda ucaldılacaq və onu 186 kilometr uzunluğunda təkrarlayacaq. Klekotka xəbər verir ki, "Tikinti işləri eyni vaxtda beş yerdə başlayıb". Yeni sərhəd hasarının tikinti işlərinin may ayının sonuna qədər başa çatdırılması planlaşdırılır.
2022-ci ildə Polşa hakimiyyəti qanunsuz miqrantlardan qorunmaq üçün Belarusla sərhəddə 186 kilometr uzunluğunda bir divar tikdi. Divar tikanlı məftillərlə örtülmüş 5,5 metr hündürlüyündə metal hissələrdən ibarət idi. Divar boyunca dirəklərə hər cür hava şəraitinə uyğun videokameralar, hərəkət sensorları və proyektorlar quraşdırılmışdı. Divar qanunsuz miqrantların Polşa ərazisinə daxil olmasına mane oldu, lakin qarşısını almadı, çünki sərhəd pozucuları metal hissələrdə deşiklər yaratmaq üçün nərdivanlardan və müxtəlif alətlərdən istifadə etməyə başladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники