RU

Pakistan İran vasitəsilə Orta Asiyaya ilk ixrac tranzit dəhlizini işə salıb

 Pakistan rəsmi olaraq Pakistan-İran tranzit dəhlizi çərçivəsində ticarətə başlayıb və ilk ixrac yükünü yeni marşrut vasitəsilə göndərib.

Bakıvaxtı.az "PakistanToday"ə istinadən xəbər verir ki, bu barədə Tranzit Ticarət Gömrük İdarəsinin direktoru Sanaullah Abro açıqlama verib.

O, bildirib ki, ilk yük dondurulmuş ətdən ibarət olub və soyuducu yük maşınlarında Özbəkistanın Daşkənd şəhərinə göndərilib. 

"Pakistandan gedən yüklər Qvadar və İrandan keçərək dəhliz vasitəsilə Orta Asiya ölkələrinə daşınacaq. Dəhlizin fəaliyyətə başlaması Pakistanın iqtisadi artımını sürətləndirməyə və ölkənin limanlarında nəqliyyatın hərəkətini artırmağa kömək edəcək. Pakistandan ixrac edilən mallar Qvadardan keçdikdən sonra İran ərazisindən keçə bilər və bu da regional tranzit üçün başqa bir seçim yaradır", - deyə Abro qeyd edib.

Gülşən Şərif

Избранный
12
1
bakivaxti.az

2Источники