RU

Mourinyo Tottenhem i ağ yuyub, qara sərdi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi

"Tottenhem"in keçmiş baş məşqçisi Joze Mourinyo klubun hazırkı problemlərindən danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis sərt fikirlər səsləndirb və bu problemlərin rəhbərliyin qərarlarının birbaşa nəticəsi olduğunu bildirib.

"Tottenhem"dən nə gözləyirsiniz? Komandanı finala çıxan baş məşqçiləri, hətta Avropa kubokunu qazanan mütəxəssisi də işdən çıxarırlar. Klubun heç vaxt əsl böyük klub mentaliteti olmayıb. Orada bir qrup məğlub var.

Məşqçiləri daim dəyişib birdən-birə sabitliyin yaranmasını gözləmək olmaz. Tarixin ən vacib matçından bir neçə gün əvvəl məşqçini işdən çıxarmaq, sonra da təəccüblənmək... Bu, məşqçilərlə deyil, zəhərli düşüncə və şübhəli idarəetmə qərarları ilə bağlı məsələdir. Xarakter olmadan istedad heç nə ifadə etmir. "Tottenhem"də isə heç nə yoxdur".

Xatırladaq ki, hazırda "Tottenhem" Premyer Liqanın autsayderlər qrupundadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
2
qol.az

3Источники