RU

Elmi Cərrahiyyə Mərkəzi: Ağacların kəsilməsi qanunvericiliyə uyğun aparılıb

Elmi
İnstaqram platformasında "Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi" PHŞ ilə bağlı guya qanunsuz ağac kəsilməsi barədə həqiqəti əks etdirməyən məlumat paylaşılıb. Bununla bağlı Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən 1news.az-a verilən açıqlamada bildirilir ki, ərazidən götürülən ağaclar köküstü quru və qəzalı vəziyyətdə olan ağaclardır, onların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.
Ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş rəy və müvafiq komissiya qərarları əsasında aparılıb. Bu barədə rəy, protokollar, yaşıllıqların götürülməsi üzrə komissiyanın qərarı və foto materiallar mövcuddur. Bundan əlavə, ərazidən götürülən ağacların əvəzinə yeni ağaclar əkilib. Fotoları təqdim edirik:
Избранный
1
8
1news.az

10Источники