RU

Con Terri klub sahibi oldu

"Çelsi"nin və İngiltərə millisinin keçmiş kapitanı Con Terri İkinci Liqa klubu "Kolçester Yunayted"in ortaq sahibi olub. 

Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb. 

Nəşrin məlumatına görə, əfsanəvi veteran klubun alınmasına təxminən 14 milyon funt sterlinq sərmayə qoyacaq konsorsiuma qoşulub. Sazişin rəsmi elanının tezliklə verilməsi gözlənilir.

Bildirilib ki, Terri İngiltərənin aşağı divizionlarında futbolun böyük azarkeşi olduğundan, uzun müddətdir belə layihəyə hazırlaşırdı.

Xatırladaq ki, Terri 14 yaşında “Çelsi”yə keçib, gənclər komandasında, sonra isə 1998-2017-ci illərdə əsas komandada çıxış edib. O, London klubunda 717 oyuna çıxıb, 5 dəfə Premyer Liqa və bir dəfə Çempionlar Liqasının qalibi olmaqla 17 kubok qazanıb. O, 2003-2012-ci illərdə İngiltərə millisində 78 oyun keçirib.

Избранный
3
1
fanat.az

2Источники