RU

İrandan ABŞ-a ultimatum: Ya hamı üçün, ya da heç kim!

İran ABŞ-ın elan etdiyi dəniz blokadasını qanunsuz elan edərək, Vaşinqtona kəskin şəkildə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının mətbuat katibi, polkovnik İbrahim Zülfiqari "Tasnim"ə açıqlama verib.

O, ABŞ-ın beynəlxalq sularda gəmilərin hərəkətinə qoyduğu məhdudiyyətləri "dəniz quldurluğu" adlandırıb:

"Cinayətkar Amerikanın beynəlxalq sularda gəmiçilik hərəkətinə qoyduğu məhdudiyyətlər qanunsuz addımdır və dəniz quldurluğunun təzahürüdür".

Zülfiqari Tehranın rəsmi mövqeyini çatdıraraq qeyd edib ki, Fars və Oman körfəzlərindəki limanların təhlükəsizliyi məsələsində geri addım atmayacaqlar: "Təhlükəsizlik ya hamı üçün olacaq, ya da heç kim üçün!"

Избранный
19
publika.az

1Источники