RU

Vüqar Bayramovun sualına sədrdən reaksiya

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“2025-ci ildə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə büdcəyə zərərin məbləği əvvəlki illə müqayisədə 50 faizdən çox artaraq 170.4 milyon manat olub. Bir il ərzində büdcəyə zərərin məbləğinin 50 faiz artması dövlət vəsaitinin təyinatından yayındırılması hallarının qarşısınını alınması ilə bağlı nəzarətin gücləndirilməsini daha da aktuallaşdırır”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib.

“Eyni zamanda, Hesablama Palatası tərəfindən 2024-cü ildə büdcəyə hesablanmış zərərin 74 faizinin bərpası ilə bağlı qərar qəbul edilsə də, bu göstərici 2025-ci ildə 60 faiz olub. Yəni büdcəyə hesablanmış zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib. Niyə büdcəyə dəymiş ziyanı bərpa etməkdə belə çətinliklər var?

Əgər 2024-cü ildə cəmi 8.7 milyon manat hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdisə, bu göstərici 2025-ci ildə 40.3 milyon manat olub. Yəni əvvəlki illə müqayisədə Hesablama Palatasının hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal etdiyi məbləğ 4.6 dəfə artıb. Bu isə büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi baxımdan ciddi siqnaldır.

Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eynilə, büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bütün bunlar cari maliyyə intizamının daha da gücləndirilməsini aktuallaşdırır.

Maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin məbləğində əvvəlki illə müqayisədə kəskin azalmalar var. Bu, təbii ki, müsbət haldır. Bununla yanaşı, büdcə qanunvericiliyinin pozulması halları yüksək rəqəmlə ifadə olunursa, bir il ərzidə maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin 68 faiz, maliyyə hesabatlarında digər qrupa aid edilən təhriflərin 6.3 dəfə azalması nə ilə bağlıdır?”, – deputat qeyd edib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatın çıxışına münasibət bildirib: “Belə qəbul edək ki, hər il təhsili, səhiyyəni yoxlamırıq. Bir il təhsili yoxlayırıqsa, o biri il Milli Məclisi yoxlayırıq və s. Onların maliyyə hesabatlarındakı göstəricilər bir-biri ilə kəskin fərqlənir. Amma ümumən mahiyyətcə maliyyə təhrifləri öz yerində qalır. Təkrarən təhsili yoxlayarkən “əvvəlki auditin təsiri nədən ibarətdir?” sualı bizim üçün vacib məsələdir. Yəni “maliyyə təhriflərində dəyişikliklər varmı, ya yox?” sualını cavablandıra bilirik. Amma müqayisə predmetləri eyni deyil və eyni təşkilatı hər il audit etmirik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
globalinfo.az

1Источники