RU

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans keçirəcək

Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini müzakirə etmək üçün beynəlxalq konfrans təşkil edəcək.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.

Makron bildirib ki, konfransda boğazda gəmiçilik azadlığını bərpa etməyə yönəlmiş çoxmillətli sülh missiyası müzakirə olunacaq və bu missiya vəziyyət imkan verən kimi yerləşdirilə bilər. O, həmçinin münaqişənin diplomatik yollarla davamlı və uzunmüddətli həllinin vacibliyini vurğulayıb.

Prezident əlavə edib ki, bu məqsədlə İranın raket və nüvə proqramları, eləcə də regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı məsələlərə həll tapılmalıdır. Makron həmçinin Livanın suverenliyinə hörmət əsasında sülhə qayıdışın vacibliyini qeyd edib.

Aytac,

Sitat.info 

Избранный
13
14
sitat.info

10Источники