Futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununda Qazaxıstanla qarşılaşacaq.


Rekord.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda rəqibi ilə Aktaudakı "BS Arena"da münasibətləri aydınlaşdıracaq.


Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Qeyd edək ki, milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.