RU

“Təhlükəsizlik hamı üçün olmalıdır, ya da heç kim üçün”

ain.az bildirir, Redaktor.az portalına istinadən.

İranın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü ABŞ-nın dəniz nəqliyyatı ilə bağlı qərarlarını sərt şəkildə tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, sözçü ABŞ-nin beynəlxalq sularda gəmilərin hərəkətinə məhdudiyyətlər tətbiq etmə planını “qanunsuz addım” və “dəniz piratçılığı” kimi qiymətləndirib.

O vurğulayıb ki, İran Silahlı Qüvvələri ölkənin ərazi sularında təhlükəsizliyin təmin edilməsini özünün qanuni vəzifəsi hesab edir və bu istiqamətdə ciddi tədbirlər görür.

Qeyd olunub ki, “düşmənə aid gəmilərin Hörmüz boğazından keçməsi mümkün deyil”, digər gəmilərin isə İran qaydalarına uyğun olaraq hərəkətinə icazə veriləcək.

Sözçü əlavə edib ki, müharibədən sonra belə İranın milli təhlükəsizliyinə təhdidlərin davam etməsi nəzərə alınaraq Hörmüz boğazına nəzarət üçün daimi mexanizmlər tətbiq edilə bilər.

O həmçinin bildirib ki, Fars körfəzi və Oman dənizindəki limanların təhlükəsizliyi bölünməz xarakter daşıyır: “Təhlükəsizlik hamı üçün olmalıdır, ya da heç kim üçün”.

Aminə ŞAHSUVARQIZI

Başlıq: İran ABŞ-ı dəniz piratçılığında ittiham etdi və Hörmüzlə bağlı sərt mesaj verdi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
redaktor.az

2Источники