RU

“Kəpəz”in nə dərdi..?

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Kəpəz” sabitliyin darmadağın edildiyi klub nominasiyasında şəksiz liderdir.

Son 5 ilin ən çox baş məşqçi və rəhbərlik dəyişən klubudur.

“Yeni sponsor gələcək” xəbərləri yeni sponsor gələndən dərhal sonra yayılmağa başlayır. Bu baxımdan da unikal klubdur.

Son bir ildə Azər Bağırovu göndərib Adil Şükürovu gətirən, sonra Şükürovu yola salıb Bağırovu geri gətirən klub…

İndi də Bağırovun gedəcəyi/göndəriləcəyi sədaları eşidilir.

“Qarabağ”ı bir oyunda məğlub, digərində iki xalını əlindən alan “sarı-göylər” sonuncu pillədə olan “Karvan Yevlax”dan 4 qol “yeyir”…

Rəhbərlik mövsüm sonunadək ot örtüyünün istifadəyə veriləcəyini, doğma meydanda oynayacaqlarını açıqlayır, ardınca əks xəbərlər çıxır.

“Kəpəz” informasiya kirliliyində var-gəl edən yeganə klubdur. Sanki bu bir sistemlə edilir və klub bu “sistemə” qarşı mübarizədə ləngiyir, sürətinə çatdırmır.

Ümumiyyətlə, bir Qəzza münaqişəsi, bir İranda uran, bir də “Kəpəz”də baş məşqçi-rəhbərlik, azarkeş-rəhbərlik, rəhbərlik-rəhbərlik problemi düzələnə oxşamır…

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
futbolpress.az

1Источники