RU

Böyrəklərə zərər verən gündəlik vərdişlər

SM-Clinic-in onkoloqu Aleksandr Sysoyevin sözlərinə görə, Rusiyada hər il 13 mindən çox yeni böyrək hüceyrəli karsinoma halı aşkar edilir.

E-saglam.az xəbər verir ki, o, böyrək sağlamlığına xələl gətirən gündəlik vərdişlər barədə danışıb.

"Siqaret çəkmək əsas risk faktorlarından biri olaraq qalır. Gündə 20-dən çox siqaret çəkmək təkcə ağciyər xərçənginin deyil, həm də böyrək hüceyrəli karsinomanın inkişaf riskini ikiqat artırır və böyrək çanağının bədxassəli zədələnmələri riskini üçqat artırır", - deyə Sysoev xəbərdarlıq edib.

Uroloji onkoloqun izah etdiyi kimi, tütün tüstüsündəki zəhərli kanserogenlər böyrəklər tərəfindən daim süzülür və onların toxumalarına dönməz şəkildə zərər verir. Nəticədə, siqaret çəkənlərin böyrək xərçənginə tutulma ehtimalı sağlam, siqaret çəkməyənlərə nisbətən 50 faiz daha yüksəkdir.

Sysoev qeyd edib ki, həm işdə, həm də evdə oturaq həyat tərzi xəstəlik riskini artırır. O əlavə edib ki, genişmiqyaslı bir araşdırma göstərir ki, fiziki aktivliyin azalması artıq çəki artımına səbəb olur və böyrəklər də daxil olmaqla qarın boşluğu orqanlarına qan axınını pozur. Bu da öz növbəsində onların toxumalarında patoloji dəyişikliklər kaskadına səbəb olur.

Bundan əlavə, müəyyən yüksək təzyiq dərmanlarının uzun müddətli istifadəsi və ağrıkəsicilərin nəzarətsiz istifadəsi də böyrəklərə zərər verə bilər. Həkimin sözlərinə görə, dərmanların zəhərli yükü böyrək sağlamlığı üçün siqaret çəkməkdən az zərərli deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
8
e-saglam.az

1Источники