Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominalgəlirləri 22 milyard 359,1 milyon manata bərabər olub.
Trend bu barədə DövlətStatistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7%çoxdur.
Bundan başqa, bu ilin yanvar-fevral aylarında isə ölkədə ortaaylıq nominal əməkhaqqı 1 min 99,1 manat təşkil edib. Bu isə ötənilin eyni dövrü ilə müqayisədə 5,3% artım deməkdir.