RU

Hesablama Palatası rəqəmsal audit sisteminə keçir

Hesablama Palatası dövlət audit informasiya sisteminin tətbiqinə başladığını və bu çərçivədə Milli Məclisə daha dərin təhlillərin təqdim ediləcəyini açıqlayıb. Bunu Palatanın sədri Vüqar Gülmməmədov deyib. 

“Rəqəmsallaşma ilə bağlı prezidentin sərəncamları imzalanıb, tətbiq işlərinə başlanılıb. Hesablama Palatasında da bu prosesə start verilib. Dövlət audit informasiya sisteminin tətbiqinə başlamışıq. Sistem çox geniş bir sistemdir. Sistem vasitəsilə növbəti illərdə Milli Məclisə daha dərin təhlillər təqdim ediləcək və hesabatın formasına dəyişiklik ediləcək", - sədr bildirib. 

Gülməmmədov bildirib ki, yeni sistem vasitəsilə gələcək illərdə parlamentə daha ətraflı analitik məlumatlar təqdim ediləcək və hesabatların formatında dəyişiklik ediləcək.

Gülnar Nazimqızı 

Избранный
1
1
anews.az

9Источники