RU

Yasamalda yol problemi: “İcra gəlib 5 çaladan 2-ni doldurub gedir” – Şikayət

Yasamal sakini rayon icra hakimiyyətinin fəaliyyətindən narazılığını bildirib.

Tribuna.az xəbər verir ki, sakin Şərqi Əhməd Yasamal rayonunda əksər yollarının pis vəziyyətdə olduğunu və bununla bağlı heç bir iş görülmədiyini bildirib. Sakin bu barədə icra hakimiyyətinin rəsmi Feysbuk səhifəsində yazıb. O bildirib ki, rayonun yolları çala-çudurdur:
“Yeni Yasamalın yolları çala-çuxurla doludur. Arada gəlib gözdən pərdə asmaq üçün 5 çaladan 2-nə yamaq vururlar, qalanı qalır.
Şərifzadə küçəsindən Yeni Yasamala gedən hər iki yol əsaslı təmir olunmalıdır. 300 metr uzunluğuvar, bərbad vəziyyətdədir”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul





Избранный
13
yenilik.az

1Источники