RU

Makron Hörmüz boğazı ilə bağlı çoxmillətli missiyanın yaradılacağını bildirib

Fransa yaxın günlərdə Böyük Britaniya ilə birlikdə Hörmüz boğazında keçidin təmin edilməsi ilə bağlı konfrans təşkil edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” səhifəsində paylaşım edib.

Makronun bildirdiyinə görə, konfransın məqsədi Hörmüz boğazında keçid azadlığını bərpa etməyə yönəlmiş çoxmillətli bir missiyaya töhfə vermək istəyən ölkələri bir araya gətirməkdir.

Bildirilir ki, təşəbbüs sülhməramlı çoxmillətli missiya yaradılmasına fokuslanacaq və bu missiya dəniz marşrutlarının təhlükəsizliyini təmin etməyə xidmət edəcək.

Fransa lideri vurğulayıb ki, bu fəaliyyət tamamilə müdafiə xarakterli olacaq və münaqişə tərəflərindən ayrı şəkildə həyata keçiriləcək.

O əlavə edib ki, şərait imkan verən kimi missiyanın başlanılması planlaşdırılır.

Избранный
1
14
herbiand.az

10Источники