RU

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası Laçın şəhərində keçirilib.

İclasda işçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəlişin sürətləndirilməsi, biznes fəallığının təşviqi və investorlar üçün cəlbedici mühitin yaradılması məqsədilə ardıcıl və genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırıldığını vurğulayıb. Qeyd olunub ki, azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün institusional dəstək mexanizmləri gücləndirilib, biznes subyektlərinin həmin ərazilərə cəlbini stimullaşdıran effektiv təşəbbüslər həyata keçirilib. Bunun nəticəsidir ki, bölgəyə sərmayədar marağı getdikcə artır, burada istehsal fəaliyyəti genişlənib və istehsal olunan müxtəlif məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönləndirilməklə yanaşı, xaricə ixrac olunur. Həmçinin sənaye zonalarında infrastruktur daha da təkmilləşdirilir, istehsal sahələri şaxələndirilir və ardıcıl yeni layihələr icra edilir.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov rayonda aparılan bərpa və quruculuq işlərindən danışıb, əhalinin yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar barədə məlumat verib.

İclas zamanı Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.

Laçına səfər çərçivəsində işçi qrupun üzvləri rayondakı “Zerti” Aqro-Sənaye Parkında görülmüş işlərlə tanış olublar.

Избранный
12
1
vergiler.az

2Источники