RU

Tramp bu dəfə Roma Papasına ilişdi

ABŞ prezidenti Donald Tramp növbəti qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, Tramp özünün Truth Social hesabında Roma Papası Papa XIV Levi sərt tənqid edib.

O, Papanı cinayətkarlıqla mübarizədə “zəif”, xarici siyasətdə isə “uğursuz” adlandırıb. Tramp həmçinin bildirib ki, Papın qardaşı Lui onun MAGA siyasətini dəstəklədiyi üçün ona daha çox simpatiya bəsləyir.

ABŞ prezidenti əlavə edib ki, İranın nüvə silahına malik olmasına “normal” yanaşan, ABŞ-ın Venesuelaya qarşı addımlarını tənqid edən və Amerika prezidentini açıq şəkildə hədəfə alan bir Papı qəbul etmir.

Tramp daha da irəli gedərək iddia edib ki, Papa XIV Levin seçilməsi dolayısı ilə onunla bağlı olub və katolik kilsəsi ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün amerikalı Papaya ehtiyac duyub.

Bundan qısa müddət sonra Tramp sosial şəbəkədə süni intellekt vasitəsilə hazırlanmış bir görüntü də paylaşıb. Həmin görüntüdə o, özünü İsa Məsih obrazında təqdim edib, arxa fonda isə ABŞ əsgərləri mələklər kimi təsvir olunub.

Musavat.com

Избранный
6
musavat.com

1Источники