RU

İran təklif verib, ABŞ imtina edib “Danışıqlar qapısı hələ açıqdır”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ və İran arasında danışıqlar yaxın günlərdə bərpa oluna bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, Misir, Pakistan və Türkiyədən olan vasitəçilər, 21 apreldə atəşkəs bitməzdən əvvəl qalan fikir ayrılıqlarını həll etmək və sülh razılaşmasına nail olmaq üçün yaxın günlərdə ABŞ və İranla yeni danışıqlar raundu təşkil etmək istəyirlər.

Regional rəsminin sözlərinə görə, tərəflər "tam çıxılmaz vəziyyətdə deyillər": "Qapı hələ bağlanmayıb; hər iki tərəf danışıqlar aparır".

Bazar ertəsi günü İranın yüksək vəzifəli parlamentarisi Tehranın xoşməramlılıq jesti olaraq özündəki 400 kiloqram zənginləşdirilmiş uranın səviyyəsini aşağı salmağa razı olduğunu, lakin ABŞ-nin sonradan bu təklifdən imtina etdiyini bildirib. Spiker müavini Əli Nikzadın sözlərinə görə, uranın səviyyəsini aşağı salmaq üçün İran daxilində ABŞ və Səudiyyə Ərəbistanının iştirakı ilə konsorsium yaradılmalı idi.

O, həmçinin Vaşinqtonun Hörmüz boğazı üçün ABŞ-nin rolunu və iştirakını nəzərdə tutan hüquqi rejim yaratmağı təklif etdiyini bildirib. Lakin İran buna qarşı çıxıb. O. ABŞ-ni nəzərdə tutaraq, "Hörmüz boğazında və Fars körfəzində sizlik heç bir iş yoxdur", - deyə bildirib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
50
azpolitika.info

10Источники