RU

Qəbiristanlıqlara 24/7 kamera nəzarəti tətbiq olunacaq - SƏBƏB

İstanbul Valiliyi şəhərdəki əsas qəbiristanlıqlarda təhlükəsizliyin gücləndirilməsi məqsədilə yeni qərar qəbul edib.

Day.Az xəbər verir ki, qurum tərəfindən İstanbul Büyükşehir Belediyesi, İstanbul İl Emniyet Müdürlüğü, İstanbul İl Jandarma Komutanlığı və İstanbul İl Müftülüğü daxil olmaqla aidiyyəti qurumlara göndərilən göstərişə əsasən, bütün əsas qəbiristanlıqların giriş-çıxışları və "kor nöqtələri" 24 saat işləyən yüksək keyfiyyətli kameralarla təchiz ediləcək.

Sənəddə qeyd olunur ki, məqsəd qəbirlərin qorunması, oğurluq və vandalizm hallarının qarşısını almaqdır. Mövcud, lakin işləməyən və ya gecəgörmə funksiyası olmayan kameraların 60 gün ərzində bərpa edilməsi tələb olunur.

Eyni zamanda, kamera görüntülərinin ən azı 30 gün saxlanılması, zəif işıqlandırılan ərazilərdə əlavə işıqlandırma qurulması və hüquq-mühafizə orqanlarının patrul fəaliyyətinin artırılması tapşırılıb.

Qaydaları pozan şəxslər barəsində inzibati və hüquqi tədbirlərin görüləcəyi də vurğulanıb.

Избранный
20
day.az

1Источники