ain.az bildirir, Azvision saytına əsaslanaraq.
Onun sözlərinə görə, bu gün İranda gedən proseslər sadəcə siyasi düşərgələr arasında qarşıdurma deyil, daha dərin xarakter daşıyır: “Bu, islahatçılarla sərt xətt tərəfdarları arasında mübarizə deyil. Bu, işğalla azadlıq arasında mübarizədir, millətin ruhu uğrunda savaşdır. Şahid olduqlarımız müvəqqəti etiraz dalğası deyil, 1979-cu ildən bəri ən dərin nəsillərarası üsyandır”. Pəhləvi vurğulayıb ki, əsas qarşıdurma İran İslam Respublikasının öz xalqına qarşı apardığı mübarizədir və bu qarşıdurma getdikcə daha da kəskinləşir. Onun fikrincə, bu prosesdə hər hansı atəşkəsdən söhbət gedə bilməz. Şahzadə əlavə edib ki, İran hakimiyyəti yarandığı gündən “normal hökumət kimi davranmayıb” və təsirini regionda müxtəlif qüvvələr vasitəsilə genişləndirib. İranda internetin məhdudlaşdırılmasına da toxunan Pəhləvi bildirib ki, hakimiyyət narazı səsləri susdurmaq üçün şəbəkəyə çıxışı bağlayır və etirazçılara qarşı sərt tədbirlər görür. Röya Əliyeva
AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.