RU

​Oğlunun təhsili üçün 1,6 milyon ödədi

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer oğulları Kurt Efe ilə bağlı mühüm qərar verib. Londona köçməyə hazırlaşdığı iddia olunan cütlük övladlarının İstanbulda təhsil alacağını açıqlayıb. Metbuat.az xəbər verir ki, aktyor 4 yaşlı oğlu Kurt Efenin təhsili üçün İstanbuldakı məşhur kolleclərdən birini seçib. Amerika təhsil sisteminə uyğun fəaliyyət göstərən məktəbdə illik təhsil haqqı hamını şoka salıb. Məlum olub ki, Kıvanç Tatlıtuğ - Başak Dizer cütlüyü oğlanlarının 1 illik təhsili üçün 1 milyon 600 min lirə (təxminən 63 min mnat) ödəyib.

Bu xəbər sosial mediada geniş rezonans doğurub. Pərəstişkarları aktyorun ailəsinə xoş arzularını ünvanlayıblar.

Избранный
16
metbuat.az

1Источники