RU

"Məqsədimiz sərhədlərin açılmasını nəzərə alaraq dəmir yolu ixracını qurmaqdır" - Paşinyan

Ermənistan dəmir yolu ixracını genişləndirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan iri biznes nümayəndələri ilə görüşdə açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ehtimalı fonunda Ermənistan dəmir yolu daşımalarını inkişaf etdirməyi hədəfləyir.

Paşinyan bildirib ki, ölkə quru blokadasının aradan qaldırılmasını nəzərdə tutan TRIPP layihəsinin həyata keçirilməsinə hazırlaşır.

Qeyd olunub ki, hazırda dəmir yolu daşımalarının bir hissəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir və gələcəkdə birbaşa dəmir yolu əlaqəsinin bərpası planlaşdırılır.

Baş nazir əlavə edib ki, tərəflər arasında dəmir yolu əlaqəsinin yenidən açıldıqdan sonra dayandırılmaması ilə bağlı siyasi razılıq əldə olunub.

O vurğulayıb ki, son 30 ildə bağlı sərhədlər səbəbindən Ermənistanın ixrac logistikası əsasən avtomobil nəqliyyatına əsaslanıb və dəmir yolu daşımalarına keçid üçün yeni marşrutların etibarlılığı vacibdir.

Paşinyan həmçinin əmək bazarında mövcud problemlərə toxunaraq, təhsil müəssisələri ilə biznes arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, işsizliklə yanaşı, aşağı maaşlı çoxsaylı vakant yerlər də mövcuddur və bu balanssızlığın aradan qaldırılması üçün dövlət yeni mexanizmlər tətbiq edəcək.

Baş nazir bildirib ki, sosial yardım alan şəxslər üçün məşğulluğun stimullaşdırılması əsas prioritetlərdəndir və üç iş təklifindən imtina edən şəxslər sosial yardım statusunu itirə bilər.

Qeyd edilib ki, TRIPP layihəsi Ermənistan ərazisindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur və iqtisadi xarakter daşıyır.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
13
1
redaktor.az

2Источники