RU

Həmin sənədsiz evlərin aqibəti necə olacaq? AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qurudulan göllərin ərazilərində tikilən yaşayış evlərinin gələcək taleyi ciddi suallar doğurur. Vaxtilə su hövzəsi olan bu torpaqlarda aparılan tikintilərin təhlükəsizlik, dayanıqlılıq və ekoloji risklər baxımından hansı nəticələrə gətirib çıxara biləcəyi son günlər müzakirə mövzusuna çevrilib.Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, belə hallar dünya təcrübəsində var:"Qurudulan müəyyən hissələr, gölməçələr və göllər üzərində tikililər inşa olunur. Lakin belə tikililər inşa olunarkən onların bünövrəsi xüsusi formada möhkəmləndirilir. Bu cür evlər tikiləndə onların bünövrəsi daha çox xərc tələb edir və xüsusi şəkildə gücləndirilir. Bu baxımdan həmin ərazilərdə ev tikmək və ya oradan ev almaq istəyən aztəminatlı təbəqə bu imkanlara malik olmur, çünki bünövrəyə bu qədər xərc çəkmək mümkün deyil. Buna görə də həmin ərazilərdə evlərin tikilməsi və alınması məqsədəuyğun sayılmır. Bu evlər uzunömürlü olmur, ilk növbədə tez bir zamanda subasma və çökmə riski yaranır və bu həm maddi, həm də sağlamlıq baxımından ciddi təhlükə yaradır. Bildiyimiz kimi, hidroizolyasiya zəif olduqda su və rütubət döşəmə və divarlara təsir edir, bu isə insan sağlamlığına, xüsusilə ağciyərlərə ciddi zərər verir".Ekspert deyib ki, belə evlərdə yaşamaq risklidir, çünki onların dayanıqlığı aşağı olur və təbii fəlakətlər zamanı çökmə və subasma ehtimalı yüksəkdir:"Evlərin gələcək aqibətinə gəldikdə, ilk ehtimal bu ərazilərin yenidən qurudulmasıdır, lakin bu belə riski tam aradan qaldırmır və yenə eyni problemlər yarana bilər. Çoxu sənədsiz olan bu tikililər müvafiq dövlət qurumlarının qərarından asılıdır, söküntü olarsa kompensasiya və ya yeni yaşayışla təmin olunma məsələsi ortaya çıxa bilər. Gələcəkdə həmin ərazilərdə tikintiyə ciddi nəzarət olunmalı və yeni evlərin tikilməsinə icazə verilməməlidir. Mövcud evlər isə ya mərhələli şəkildə sökülməli, ya da texniki imkanlar varsa bünövrələrinin möhkəmləndirilməsi və hidroizolyasiyanın təmin olunması həyata keçirilməlidir, lakin bu proseslər çox böyük xərc tələb edir. Nəticə olaraq, bu məsələdə qərar müvafiq icra qurumlarına məxsusdur və belə ərazilərdə evlərin satışı və istifadəsi getdikcə daha riskli hala gəlir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
demokrat.az

1Источники