RU

“Macarıstandakı seçkilər Ukrayna münaqişəsinə təsir etməyəcək” Peskov

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Macarıstandakı seçkilərin nəticəsi  Ukraynadakı münaqişənin gedişatına təsir göstərməyəcək”.

525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Düşünmürəm ki, bunun Rusiya-Ukrayna münaqişəsinin gələcəyi ilə hansısa əlaqəsi var. Bunlar yəqin ki, fərqli proseslərdir, ona görə də burada heç bir əlaqə görmürəm", - Kremlin sözçüsü deyib.

Əlavə edib ki, Rusiya formalaşacaq yeni Macarıstan hökuməti ilə dialoqa açıqdır.

O bildirib ki, Kreml macar seçicilərinin seçiminə hörmətlə yanaşır və Macarıstanın yeni rəhbərliyi ilə ikitərəfli əlaqələri praqmatik şəkildə davam etdirməyi gözləyir.

Peskov deyib ki, Aİ-nin Ukrayna üçün 90 milyard avro ayırmaq qərarı əsasən Brüssel tərəfindən veriləcək.

Macarıstanın Baş naziri Viktor Orbanın mövqeyinə görə 2026 və 2027-ci illərdə Kiyev üçün 90 milyard avroluq hərbi maliyyələşdirmə dondurulub. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 20 martda Ukraynanın vəsaitləri alacağını bildirib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
50
525.az

10Источники