RU

Paşinyan: "Azərbaycanla sülh prosesi Ermənistanın iqtisadi inkişafında yeni mərhələ açır"

"Biz iqtisadi inkişafın tamamilə yeni dövrünə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında yaranan sülh prosesi ilə əlaqədardır. Yaxın vaxtlarda bizi TRIPP layihəsinin reallaşması ilə bağlı vacib hadisələr gözləyir".

Moderator.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri baş nazir Nikol Paşinyan ölkənin işəgötürənlərinin təmsilçiləri ilə keçirdiyi görüş zamanı deyib.

"Bu gün proses Azərbaycan ərazisindən Ermənistana dəmir yolu vasitəsilə həyata keçirilir. Lakin onu da qeyd etmək istəyirəm ki, konkret siyasi öhdəlik ondan ibarətdir ki, biz Azərbaycanla dəmir yolu əlaqəsini açana qədər, ilk növbədə TRIPP layihəsi çərçivəsində, bu yolla ixrac təbii ki, Gürcüstan ərazisindən də mümkündür və bu çox vacibdir.

Demək istəyirəm ki, siyasi razılaşma bu dəmir yolunun heç vaxt bağlanmayacağından ibarətdir, yəni həm idxal, həm də ixrac üçün etibarlı bir marşrutdur. Amma başa düşdüyüm qədəri ilə, biz hələ də dəmir yolundan xüsusi olaraq ixrac üçün istifadə etməmişik. Çünki 30 illik logistika zəncirləri mövcuddur və onları dəyişdirmək üçün, birincisi, etimadın olması məntiqlidir.

İnsanlar deyilənləri, onun nə qədər davamlı və etibarlı olduğunu başa düşməlidirlər. İkincisi, logistika zəncirləri dəyişməlidir, çünki daşımaların yük maşını və ya qatarla həyata keçirilməsi tam fərqlidir", - deyə o bildirib.

Избранный
18
1
moderator.az

2Источники