RU

ABŞ-la İran arasında növbəti görüşü bu tarixdə keçirilə bilər

Masada 3 məsələ var

Pakistan, Misir və Türkiyə atəşkəs rejiminin əvvəl ABŞ və İranı danışıqlar masasına qaytarmaq üçün diplomatik səylərini artırıblar. Danışıqların ikinci mərhələsinin tezliklə keçirilməsi planlaşdırılır.

Ölkə.az  “Axios”a isitnadən xəbər verir ki, vasitəçilər ABŞ-İran danışıqlarının yeni mərhələsinin aprelin 21-dək keçirilməsini istəyirlər.

İslamabad artıq Baş nazir Şahbaz Şərifin şəxsi təlimatı ilə hər iki tərəflə birbaşa əlaqə saxlayır. Əvvəlki danışıqlarda irəliləyiş olmasa da, vasitəçilər ehtiyatla nikbindirlər. 
"Wall Street Journal"nin  (WSJ) yazdığına görə, İslamabad danışıqlarında Tehran və Vaşinqton ortaq bir razılığa gəlinməməsinə baxmayaraq, region ölkələri ABŞ və İranı danışıqlar masasına qaytarmaq üçün səylərini davam etdirirlər.

Bildirilir ki, tərəflər bir neçə gün ərzində ikinci danışıqlar raundu üçün yenidən görüşə bilərlər. Masada 3 vacib məsələ müzakirə oluna bilər.  Bunlar əsasən Hörmüz boğazının açılması, İran uranının gələcəyi və Tehranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı məsələlərdir.

Mürtəza

Избранный
16
1
olke.az

2Источники