RU

İranla bağlı iki tanker Hörmüzü keçib

Bakı. Trend:

İranla əlaqəli iki tanker ABŞ-nin vəd etdiyi blokadadan az əvvəlHörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxıb.

Trend xəbər verirki, bu barədə “The National” nəşri məlumat yayıb.

Nəşr gəmi izləmə xidmətləri “Kpler” və LSEG-in məlumatlarınaistinadən yazır ki,tankerlər bazar ertəsi ABŞ tərəfindən İranlimanları və sahil ərazilərinin planlaşdırılan blokadası ərəfəsindəHörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxıb.

“Kpler” məlumatlarına əsasən, “Aurora” tankeri İran mənşəli neftməhsulları daşıyır. “New Future” tankeri isə BƏƏ-nin Hamriyyəlimanında dizel yanacağı ilə yüklənib.

Bundan əvvəl ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edibki, Hörmüz boğazının blokadası bazar ertəsi ABŞ-nin Şərq sahilivaxtı ilə saat 10:00-da (Bakı vaxtı 18:00) başlayacaq. Komandanlıqbildirib ki, ABŞ qüvvələri boğazdan qeyri-İran limanlarına və əksistiqamətdə hərəkət edən tankerlər üçün gəmiçiliyin sərbəstliyinəmane olmayacaq.

Məqalədə:
Избранный
16
az.trend.az

1Источники