RU

OPEC martda Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin mart ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 457 min barel səviyyəsində olub.

Aznews.az xəbər verir ki, cari ilin fevral ayında qeyd olunan göstərici 458 min barel səviyyəsində olub.

Məlumata əsasən, cari ilin birinci rübünda qeyd olunan göstərici 457 min barel təşkil edib, bu da ötən ilin birinci rübünün göstəricisi (466 min barel) ilə müqayisədə 9 min barel azdır.

Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.

Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür.

Избранный
1
7
aznews.az

8Источники