1-ci Liqanın 22-ci turunda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Baku Sportinq" lider "Şəfa"nı qəbul edəcək. Meydan sahiblərinin məşqçisi Röyal Nəcəfov ilə əlaqə saxlayıb qarşıdakı oyun barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Birinci pillədəki komanda ilə ikinci yerdəki kollektivin oyunu təbii ki, maraqlı və gərgin alınacaq. Sona 6 tur qalıb. Qarşıdakı bütün görüşlər bizim üçün final oyunudur. Bizə mütləq qələbə lazımdır. Qalib gələcəyimiz halda, ikinci pillədəki yerimizi qoruyacağıq. "Şəfa" ilə oyuna qələbə üçün çıxacağıq. Çalışacağıq ki, yaxşı oyun göstərib meydandan 3 xalla ayrılaq".
"Baku Sportinq" - "Şəfa" matçı aprelin 16-da Buzovna qəsəbə stadionunda baş tutacaq. Matçın start fiti 16:00-da səsləndiriləcək.
Toğrul