“Mançester Yunayted” futbolçusu Kobbi Meynunun müqaviləsinin müddətini uzadacaq.
Msport.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının XXXII turunda “Lids”ə qarşı keçirəcəkləri oyundan əvvəl məlumat verib.
O, danışıqların son mərhələdə olduğunu vurğulayıb: “Razılaşma başa çatmaq üzrədir. Ona görə də biz müsbət düşünürük. Necə olacağını zaman göstərəcək, amma biz sakitik”.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi. Yeni anlaşmanın 2031-ci ilədək nəzərdə tutuacağı gözlənilir. “Mançester Yunayted” bu gün, Bakı vaxtı ilə saat 23:00-da “Lids”lə üz-üzə gələcək.