Saşa İliçi 90 dəqiqə müşahidə etdim.
Üç vücud halını gördüm.
Hakimlərdən narazı görkəmi vardı. Tez-tez dördüncü hakim Kamran Əliyevə yaxınlaşır,
Kamranbəy Rəhimovun qərarlarından ona şikayət edirdi. Referi oyununə sas vaxtına 4 dəqiqə əlavə edəndə isə İliç artıq gülümsünürdü…
O, futbolçularını gileyli baxışlarla süzürdü. Xüsusən ilk 15-20 dəqiqə ərzində.
Nadir Orucovun topu itirməsindən sonra qapısına vuruloan ilk qol zamanı sifətinin rəngi dəyişdi, qapqara qaraldı, donub qaldı. «Mən hara gəlmişəm» peşmanlığı yağırdı simasından.
Oyunun ilk 1 saatı təzəcə geridə qalmışdı. İliç gözünü məchul bir nöqtəyə dikib dərin bir xəyala daldı. Baxışları uzun bir yol çəkdi bir neçə saniyə ərzində.
Dili dinmədi, gözləri danışdı.
«Sumqayıt» Tovuzda pis futbol nümayiş etdirmədi, əslində. «Turan» hesabda 2:0 önə keçib, arxaya çəkilincə, mərkəz qonaqlara qaldı.
Emil Mustafayev yaxın məsafədən qapının uzaq küncünü dəqiq nişan almadı, İliç daxilən çökdü o anda.
Bir sıra daxili problemlərdən, fikir ayrılıqlarından əziyyət çəkir «Sumqayıt». Səbuhi Abdullazadənin Nikola Ninkoviçə etirazı bəlli etdi bunu.
Kapitanın əl-qol hərəkəti bizlərə nələrisə ötürdü içəridəki durumdan.
ELXAN