RU

Trampın “əfv bazarı”: Azadlığın qiyməti bir milyon dollardan başlayır

İddiaya görə, ABŞ prezidenti Donald Tramp onu dəstəkləyən və ya ödənişlər edən məhbusları əfv edir.

Publika.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

Bildirilib ki, Trampın Konstitusiya ilə verilən prezident əfvi səlahiyyətindən istifadəsi Ağ Evə yaxın olanların və "pulu olanların" bəraət almasında rekord artıma səbəb olub.

İddiaya görə, Trampın əfv siyahısına kriptovalyuta milyarderləri, respublikaçı siyasətçilər, televiziya ulduzları, hətta ABŞ-a yüzlərlə ton kokain qaçaqmalçılığı əməliyyatındakı roluna görə 45 il həbs cəzasına məhkum edilmiş keçmiş Honduras prezidenti Xuan Orlando Hernandez daxildir.

Trampın "əfv həvəsi", xüsusən də ikinci prezidentlik müddətində rekord səviyyəyə çatıb. O, 2025-ci ilin yanvar ayında ikinci müddətinə başladığı ilk gündə, 2021-ci ildə Kapitoli hadisələrində iştirak etdiklərinə görə məhkum edilmiş təxminən 1600 nəfəri əfv edib və ya cəzasını yüngülləşdirib. O vaxtdan 2026-cı ilin mart ayının sonuna qədər bu siyahıya daha 199 şəxs əlavə edilib.

Избранный
13
publika.az

1Источники