RU

ABŞ-dən İrana uranla bağlı ŞƏRT

ABŞ ilə İran arasında Pakistanda davam edən daimi atəşkəs danışıqlarında hücumların dayandırılması və dondurulmuş vəsaitlərin bir hissəsinin azad edilməsi qarşılığında Vaşinqtonun Tehrandan uran zənginləşdirmə fəaliyyətlərini 20 il müddətinə dayandırmasını istədiyi irəli sürülüb.



Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Pakistanın İslamabad şəhərində keçirilən daimi atəşkəs danışıqlarında ABŞ-nin dondurulmuş vəsaitlərin müəyyən bir hissəsini azad etməyə və hücumları dayandırmağa razı olduğu bildirilib.


Buna qarşılıq olaraq, Vaşinqton rəhbərliyinin İrandan uran zənginləşdirmə fəaliyyətlərini 20 il müddətinə dayandırmasını istədiyi, həmçinin zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasını və Hömüz Boğazında heç bir vergi ödəmədən sərbəst hərəkət etmək hüququnun təmin edilməsini tələb etdiyi ifadə edilib.


Xəbərlərdə İran tərəfinin Tehrandan gələn təlimatlara zidd olaraq nüvə məsələsini müzakirə etdiyi, amma tərəflər arasında fikir ayrılıqlarının böyük olduğu qeyd edilib.

Избранный
18
manset.az

1Источники