Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Zəfər Kuboku"nun ilk günündə dörd medal qazanıblar.Bu barədə Missiya.Az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.U-17 yaş kateqoriyasında sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıblar. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub.

- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта