RU

Sığorta sektorunun kapital mövqeyi prudensial tələbləri üstələyir

Bakı. Trend:

Sığorta sektorunun kapital mövqeyi prudensial tələbləriüstələyir.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, 2025-ci ilin sonunda sığorta sektorunun məcmukapitalı ötən ilin sonuna nisbətdə 1 milyon manat artaraq 381milyon manat, tələb olunan kapital 1 milyon manat artaraq 205milyon manat olub.

Eyni zamanda qeyd edilib ki, sığorta sektoru mənfəətlə fəaliyyətgöstərsə də, sektorun mənfəətliliyi ötən ilin müvafiq dövrü iləmüqayisədə azalıb: “2024-ci ilin müvafiq dövrü ilə müqayisədə2025-cü ildə sığorta sektorunun xalis mənfəəti 4% (7 milyon manat)azalaraq 166 milyon manat olub. Hesabat dövrü ərzində qeyri-həyatsığorta şirkətləri üzrə mənfəətlilik 7 milyon manat azalaraq 86milyon manat, mənfəətlilik isə 1 milyon manat azalaraq 79 milyonmanat olub”.

Vurğulanıb ki, sığorta sektorunun zərərlilik dərəcəsi 1 faizbəndi artıb.

“2025-ci ildə ötən ilin müvafiq dövrünə nəzərən sığortasektorunun zərərlilik dərəcəsi 1 faiz bəndi artaraq 86% olub. Beləki, bazar payı 21% olan tibbi sığorta üzrə zərər əmsalı 4 faizbəndi azalaraq 80%, xərc əmsalı 3 faiz bəndi artaraq 25%, yekunzərərlilik dərəcəsi isə 1 faiz bəndi azalaraq 105% olub.

Yüksək bazar payına sahib bir neçə sığorta siniflərindəzərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilikdərəcəsinin artmasına təsir edib. Belə ki, bazar payı 27% olanavtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası üzrə zərər əmsalı 11 faiz bəndi artaraq 85%, xərc əmsalı2 faiz bəndi azalaraq 28%, yekun zərərlilik dərəcəsi isə 10 faizbəndi artaraq 113%, bazar payı 11% olan avtonəqliyyat vasitələrininsığortası üzrə zərər əmsalı 4 faiz bəndi artaraq 52%, xərc əmsalı 1faiz bəndi azalaraq 34%, yekun zərərlilik dərəcəsi isə 3 faiz bəndiartaraq 86% olub”, - məlumatda qeyd edilib.

Məqalədə:
Избранный
19
az.trend.az

1Источники