RU

“Gərək futbol məntiqinə sığmayan hadisələr baş versin ki, çempion olaq” – Firuz Abdulla

Futbol üzrə ölkə çempionatının 1-ci liqasının 21-ci turunda liderin – “Şəfa”nın meydanından məğlub ayrılan (1:2) “Səbail” çempionluq uğrunda mübarizədə ağır yara aldı. Etiraf edək ki, Bayıl təmsilçisinin son 6 turda 11 xal fərqini aradan qaldırmaq ehtimalı, demək olar ki, yoxdu.

Belə acınacaqlı durumla bağlı fikirlərini öyrənmək məqsədilə “dənizçilər”in icraçı direktoru Firuz Abdulla ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Düzdü, bundan sonra gərək futbol məntiqinə sığmayan hadisələr baş versin ki, çempion olaq. Bəzən idman xoşbəxtliyi komandadan üz döndərir. Təəssüf hissiylə bildirim ki, bəzən də hakimlər nəticəyə birbaşa təsir edən qərarlar verir. Lakin ədalət təmsilçiləriylə bağlı indi danışmaq yersizdi. Mövsümün sonunda açıqlama verə bilərəm”.

Firuz bəydən “Səbail”in son iki turda böyük məbləğdə cərimələnməsi barəsində mövqeyini də soruşduq:

“Həm premyer-liqada, həm də 1-ci liqada cərimələrin məbləği kəskin artıb və bu barədə “futbol ili”nin əvvəlində klublara məlumat verilməyib. Halbuki sanksiyalar, cərimələr hansısa məntiqə söykənməlidi. Aşağı liqa klublarının maliyyə durumu heç kimə sirr deyil. Bu öz yerində. Komanda kənardan intizamsız görünə bilər. Lakin nə baş məşqçimiz Adil Şükürov, nə də tərcüməçimiz təhqirdən istifadə edib. Azarkeşlərimiz isə haqsız hakim qərarlarıyla təhqirə təhrik olunub”.

Xatırladaq ki, “Səbail” 37 xalla 4-cü yerdə qərarlaşıb.

KƏNAN BAHADIR
Избранный
28
1
football-plus.az

2Источники