OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair artım proqnozlarını dəyişdirməyib.
AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1,38 milyon barel artaraq gündəlik 106 milyon 530 min barelə çatacağı gözlənilir. Qeyri-OPEC ölkələrində tələbatın 1,26 milyon barel artaraq sutkalıq 60 milyon 460 min barel, OPEC ölkələrində isə 130 min barel artaraq gündəlik 46 milyon 70 barel olacaq.
2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1,34 milyon barel artaraq sutkada 107 milyon 870 min barel təşkil edəcəyi proqnozlaşdırılır.