RU

Ölkəmizdə ilk dəfə keçiriləcək “Combat Peşəkar Döyüş Liqası” öncəsi mətbuat konfransı təşkil olunub » AzadMedia.az

Ölkəmizdə


Ölkəmizdə ilk dəfə keçiriləcək “Combat Peşəkar Döyüş Liqası” öncəsi mətbuat konfransı təşkil olunub

14 aprel 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulan “Combat Peşəkar Döyüş Liqası”na hazırlıq çərçivəsində 12 aprel 2026-cı il tarixində Arpaçay İdman Birliyinin təşkilatçılığı və Kung-Fu Federasiyasının dəstəyi ilə mətbuat konfransı və idmançıların üzbəüz baxış (face-to-face) proqramı keçirilmişdir. Tədbir çərçivəsində rəsmi görüş baş tutmuşdur.

Tədbirdə ölkənin müxtəlif idman federasiyalarının nümayəndələri, media təmsilçiləri və Azərbaycanın tanınmış peşəkar idmançıları iştirak etmişlər.

Tədbir giriş nitqi ilə “Combat Peşəkar Döyüş Liqası”nın prezidenti Ruslan Məmmədov tərəfindən açıq elan olunmuşdur. O, çıxışında liqanın yaradılma məqsədi, görülən hazırlıq işləri və qarşıdan gələn döyüş gecəsi barədə ətraflı məlumat vermişdir. Ruslan Məmmədov qeyd etmişdir ki, Azərbaycanda analoqu olmayan bu mötəbər idman layihəsi ölkədə döyüş idman növlərinin inkişafına mühüm töhfə verəcəkdir.

Daha sonra Kung-Fu Federasiyasının prezidenti Nurlan Aslanov çıxış edərək idmançıların hazırlıq səviyyəsi, peşəkarlığı və yarışa məsuliyyətli yanaşmaları barədə fikirlərini bölüşmüşdür. O, bu cür liqaların idmançılar üçün yeni imkanlar yaratdığını vurğulamışdır.

Tədbirin davamında çıxış edən yarışın təşkilat komitəsinin rəhbəri, Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov təşkilati hazırlıq prosesinin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırmışdır. O, həmçinin liqanın gələcək planları, beynəlxalq miqyasda inkişaf perspektivləri və layihənin davamlılığı barədə geniş məlumat vermişdir.

Görüş çərçivəsində idmançılar arasında üzbəüz baxış (face-off) mərhələsi təşkil olunmuş, bu isə qarşıdan gələn döyüşlərə marağı daha da artırmışdır.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilmiş və mətbuat konfransı rəsmi şəkildə yekunlaşmışdır.















































[/center]











Избранный
2
8
azadmedia.az

9Источники