ABŞ Prezidenti Donald Tramp İranın sürətli hücum katerlərinin Amerika hərbi dəniz qüvvələrinin həyata keçirdiyi blokadaya yaxınlaşacağı təqdirdə dərhal vurulacağını bildirib..
Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranı Amerika gəmilərinin həyata keçirdiyi blokada əməliyyatına yaxınlaşmamağa çağırıb. Tramp bəyan edib ki, İranın hərbi-dəniz qüvvələri artıq tamamilə sıradan çıxarılıb və hazırda dənizin dibindədir.
ABŞ Prezidenti iddia edib ki, İranın 158 gəmisinin məhv edildiyini, lakin Tehranın “sürətli hücum katerləri” adlandırdığı azsaylı vasitələrə zərbə endirilmədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton həmin katerləri ciddi təhlükə hesab etmədiyi üçün onlara qarşı indiyədək hücum həyata keçirməyib.
Tramp bununla yanaşı sərt xəbərdarlıq da səsləndirib. O vurğulayıb ki, əgər həmin katerlərdən və ya digər İran gəmisindən hər hansı biri ABŞ-nin blokada xəttinə yaxınlaşarsa, dərhal məhv ediləcək. ABŞ Prezidenti qeyd edib ki, bu zaman dənizdə narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmilərə qarşı istifadə edilən eyni məhv etmə sistemi tətbiq olunacaq.
Onun sözlərinə görə, bu mexanizm çox sürətli və amansız şəkildə işləyir. Tramp əlavə edib ki, okean və dəniz marşrutları ilə ABŞ-yə daxil olan narkotiklərin 98,2 faizi artıq dayandırılıb.
Açıqlama Vaşinqtonla Tehran arasında hərbi gərginliyin yüksək olaraq qaldığı bir vaxtda verilib. Trampın bəyanatı ABŞ-nin bölgədə dəniz nəzarətini daha sərt şəkildə davam etdirmək niyyətini nümayiş etdirir və İranla mümkün yeni insidentlər riskinin hələ də qalmaqda olduğunu göstərir.
Poliqon.info