RU

Tanınmış jurnalist çayda ÖLÜ TAPILDI

Jurnalist Vladimir Basovun cəsədi çayda tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS regionun operativ xidmətlərinə istinadən məlumat yayıb.

Voloqda vilayətində tanınmış jurnalist Vladimir Basovun cəsədi Vaqa çayında aşkar edilib. 66 yaşlı jurnalistin ölüm səbəbləri hələlik dəqiqləşdirilir.

“Verxovajski vestnik” qəzetinin məlumatına görə, V.Basov aprelin 6-na keçən gecə evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.

Qeyd edək ki, Vladimir Basov 35 ildən çox jurnalistika sahəsində fəaliyyət göstərib və 2003-cü ildən Rusiya Jurnalistlər İttifaqının üzvü olub.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
15
interpress.az

1Источники