RU

Azərbaycan güləşçiləri Antalyada "Zəfər Kuboku"nun ilk günündə dörd medal əldə etdilər

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Zəfər Kuboku"nun ilk günündə dörd medal qazanıblar.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

U-17 yaş kateqoriyasında sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.

Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıblar. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub.

Избранный
3
fanat.az

1Источники