RU

“WhatsApp”a rəqib gəlir  

“X” platforması “iPhone” və “iPad” cihazları üçün ayrıca mesajlaşma tətbiqi olan “Xchat”ı istifadəyə verməyə hazırlaşır. Yeni tətbiqin əsas məqsədi istifadəçilərə reklamsız, izlənməsiz və uçdan-uca şifrələnmiş mesajlaşma təcrübəsi təqdim etməkdir.

Yeni tətbiq təkcə mətn mesajlaşması ilə kifayətlənməyəcə, həmçinin audio və video zənglər, sənəd göndərmə, qrup çatları yaratmaq, göndərilmiş mesajları redaktə və silmək kimi funksiyalarla təchiz olunacaq. Paylaşılan ilkin görüntülərə əsasən platforma minimalistik dizayna sahib olacaq və əsas diqqət istifadəçilərin aktiv söhbətlərinə yönəldiləcək.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
39
azerbaijan-news.az

1Источники