RU

Naxçıvanlı idmançı beynəlxalq turnirin qalibi olub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə aprelin 10–12-də Bakıda yerləşən Sərhədçi İdman Mərkəzində “Grand Prix” beynəlxalq karate turniri keçirilib.

Hafta.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb.

Muxtar Respublikanə yarışda “Naxçıvan” karate klubunun idmançıları təmsil ediblər. Klubun üzvlərindən Fatimə Bağırzadə 10–11 yaş kateqoriyasında 44 kq çəki dərəcəsində birinci yerin sahibi kimi turnirin qızıl medalına layiq görülüb. Digər idmançı Sona Nəcəfbəyli (8–9 yaş, -32 kq) isə turniri üçüncü yerdə başa vurub.

Qeyd edək ki, beynəlxalq yarışın ardınca 2-ci liqa (həvəskarlar) üzrə turnir təşkil olunub. Həmin turnirdə Hüseyn Qafarlı (10–11 yaş, +50 kq) birinci, Damla Tağızadə (10–11 yaş, -44 kq) ikinci yerə, Fuad Sadiqov (10–11 yaş, -40 kq) və Yusif Tağıyev (10–11 yaş, -40 kq) isə üçüncü yerə sahib olublar.

Избранный
1
3
hafta.az

4Источники