RU

Trampdan İrana xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatla çıxış edib. Metbuat.az xəbər verir ki, o, sosial media hesabındakı paylaşımında İran donanmasının böyük hissəsinin zərərsizləşdirildiyini iddia edib. Tramp bildirib ki, İrana məxsus 158 gəmi artıq dənizin dibindədir, hazırda isə yalnız kiçik və sürətli hücum katerləri qalıb. Onun sözlərinə görə, bu katerlər əvvəllər ciddi təhlükə kimi qiymətləndirilməsə də, artıq vəziyyət dəyişib. Tramp bölgədə tətbiq olunan ABŞ mühasirəsinə diqqət çəkərək xəbərdarlıq edib ki, bu məhdudiyyəti pozmağa cəhd edən istənilən vasitə dərhal məhv olunacaq.

O vurğulayıb ki, İranın sürətli katerləri ABŞ əməliyyat zonasına yaxınlaşarsa, onlara qarşı narkotik qaçaqmalçılarına qarşı istifadə edilən eyni “öldürücü sistem” tətbiq ediləcək.

Избранный
22
metbuat.az

1Источники