RU

Azərbaycanda ən çox vergi ödəyən özəl şirkət açıqlandı

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti“Tabaterra” MMC Azərbaycanda ən çox vergi ödəyən özəl şirkət elan edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, şirkət 2025-ci ildə dövlət büdcəsinə 697 milyon manatvergi ödəyib.

Qeyd edək ki, Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə fəaliyyət göstərən“Tabaterra” MMC 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal edir. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. Şirkətin məhsulları Birləşmiş Ərəb Əmirliklərinə, Belçikaya, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir.
Избранный
8
4
azvision.az

5Источники