Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.
"Far.Az"un məlumatına görə, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşıb.
Aktaudakı "BS Arena"da baş tutan görüş rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 15-də "BS Arena"da reallaşacaq.
Milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.