RU

Onların narkoanalizləri müsbət çıxdı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılan və daha sonra məhkəmə qərarı ilə sərbəst buraxılan məşhur müğənni Emir Can İğrek, aktrisa Hafsanur Sancaktutan və blogger Ogün Alibaşın narkotik testinin cavabı pozitiv çıxıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tibbi ekspertiza nəticəsində həmin şəxslərin saç nümunələrində kokain və metabolitlərinin tapıldığı bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Emir Can İğrek, Hafsanur Sancaktutan və Ogün Alibaş da daxil olmaqla 11 məşhur - Somer Sivrioğlu, Serra Pirinç, Utku Ünsal, Sinem Özenç Ünsal, Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu(Norm Ender) və Enes Gülen saxlanılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
2
qafqazinfo.az

3Источники