RU

Regional neft bazası yenidən satışı məhdudlaşdırdıVİDEO

Regional neft bazasının yenidən satış əməliyyatlarını məhdudlaşdırması  YDM işlədən sahibkarları çətin vəziyyətə salıb.

Xezerxeber.az xəbər verir ki, “SOCAR Petroleum”un tabeliyində fəaliyyət göstərən Gəncə Regional Neft Bazasından müntəzəm olaraq pərakəndə satış üçün yanacaq alan sahibkarların sifarişlərinə imtina edilib.

Sahibkarların sözlərinə görə, yanacaq satışının məhdudlaşdırılmasına səbəb onlara qarşı daha əvvəl tətbiq olunmayan yeni şərtlərin irəli sürülməsidir. 

Məsələ ilə bağlı SOCAR Petroleum QSC-den bildirlib k, yanacaq alışı prosesinin qanunvericiliyə uyğun tənzimlənməsi və hesabatlılığın təmin edilməsi prioritet məsələdir. Yanacağın təyinatı üzrə istifadə edilməməsi, sənədləşmədən kənar satılması və ya qanunsuz saxlanılması kimi sui-istifadə hallarının qarşısını almaq məqsədilə daxili nəzarət mexanizmləri gücləndirilir. Xüsusilə qeyd edirik ki, "SOCAR PETROLEUM" QSC ilə müqavilə bağlayan sahibkarlar yanacağın yalnız yanacaqdoldurma məntəqələrində satılması öhdəliyini üzərlərinə götürürlər. Yanacağın təyinatından kənar istifadəsi, sənədləşmədən kənar satılması birbaşa müqavilə şərtlərinin və qanunvericiliyin pozulması hesab olunur.Məhz bu öhdəliklərin sahibkarlar tərəfindən yerinə yetirilməsi şəffaflıq prinsiplərinə zidd olan hər hansı fəaliyyətin və bazarda süni qıtlığın yaranmasının qarşısını almaqla yanaşı, yanacağın istehlakçıya yalnız qanuni satış məntəqələri vasitəsilə çatdırılmasını təmin edir.Bu mexanizm həm dövlət büdcəsinin gəlirlərini qorumaqla yanaşı, həm də sahibkarlar arasında sağlam rəqabət mühitini təmin edərək hər iki tərəfi mümkün hüquqi risklərdən sığortalayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
13
xezerxeber.az

1Источники